Müctəba Xamenei hücumda yaralanıb, vəziyyəti yaxşılaşır.
Musavat.com xəbər verir ki, RTVİ telekanalına müsahibə verən Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi Müctəba Xameneinin səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Diplomat bildirib ki, əldə etdikləri məlumatlara əsasən, Müctəba Xamenei fevralın 28-də baş verən hücum zamanı yaralanıb.
Onun sözlərinə görə, həmin vaxt o, atası Əli Xamenei və ailə üzvləri ilə birlikdə olub.
“Bizdə olan məlumata görə, o da həmin hücumda yaralanıb. Eşitdiyimə əsasən, vəziyyəti hazırda yaxşılaşır”, – deyə səfir qeyd edib.
Musavat.com