EN

İran Rusiyaya minnətdardır

İranın Türkmənistandakı səfiri Əli Müctəba Rouzbehani ABŞ və İsraillə qarşıdurma zamanı Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib.

Diplomat bu açıqlamanı Aşqabaddakı İran Mədəniyyət Mərkəzində çıxışı zamanı verib. Tədbir zamanı diplomat çətin anlarda qonşu ölkələrin həmrəyliyini də qeyd edib. O Türkmənistan xalqına rəğbətlərinə görə səmimi təşəkkürünü bildirdi və Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib. “Həmçinin Pakistan və digər dost ölkələrin xeyirxah hərəkətlərini və vasitəçilik səylərini, eləcə də Rusiya kimi dostların İran İslam Respublikasını dəstəkləməkdə qətiyyətli mövqeyini minnətdarlıqla xatırlayırıq.” – Əli Müctəba Rouzbehani deyib.

Aşqabadda keçirilən görüş Əli Xameneinin və Minab qızlar ibtidai məktəbinin qurbanlarının xatirəsinə həsr olunub. Diplomatik missiya nümayəndəsinin sözlərinə görə, İran hazırda tarixinin istənilən vaxtından daha möhkəm və sarsılmaz olaraq qalır.

//Samir Qurbanov, Editor.az

Chosen
34
editor.az

1Sources