EN

Finala bilet qiymətləri artdı

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

FİFA bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final oyunu üçün bilet qiymətlərini artırıb. "Football-plus.az" xəbər verir ki, bu haqda ESPN məlumat verib.Qərar turnirə qatılacaq 48 komanda müəyyənləşəndən sonra açıqlanıb. Final matçı “MetLife Stadium”da keçiriləcək. Yeni qiymətlərə əsasən, həlledici oyun üçün ən bahalı biletlər artıq 10990 dollar təşkil edir. Əvvəllər bu planda məbləğ 8680 dollar idi ki, bu da 26,6 faiz artım deməkdi. İkinci kateqoriyaya aid biletlərin qiyməti 5575 dollardan 7380 dollara yüksəlib (32,4 faiz artım). Üçüncü kateqoriyalı biletlər isə 4185 dollardan 5785 dollara qədər bahalaşıb ki, bu da 38,2 faiz artım deməkdi. Qeyd edək ki, FİFA nəhəng turnir üçün dinamik qiymət siyasətindən istifadə edir.DÇ-2026 ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində keçiriləcək. Maraq üçün onu da qeyd edək ki, bir neçə gün əvvəl dünya çempionatının biletlərinin onlayn satışı zamanı texniki problemlər də qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
icma.az

4Sources