EN

Bu, Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir Ərdoğan

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İsrailin yalnız fələstinli məhbuslara ölüm cəzası tətbiq etmə qərarı “aparteid”ə ((irqi ayrı-seçkilik – red.) bərabərdir və qanunu irqçi faşizmin alətinə çevirir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Bu, ayrı-seçkilikdir, irqçilikdir. İsraildə 1994-cü ildə Cənubi Afrikada devrilmiş “aparteid” rejimindən daha pis bir sistem tətbiq olunur. İsrail parlamentinin fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiqi ilə bağlı qərarı mahiyyət etibarilə Adolf Hitlerin yəhudilərə qarşı siyasətindən heç nə ilə fərqlənmir”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, İsrail parlamenti (Knesset) israilliləri öldürməkdə ittiham edilən fələstinlilərə ölüm cəzasını təsdiqləyən qanunu qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
6
axar.az

7Sources