Sumqayıtda meyit aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 14-cü məhəllə ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Abdurahmanov Anar Əhmədimuxtar oğlunun cansız bədəni dayanacaq yaxınlığında yerləşən istifadəsiz köşkdə tapılıb.
Faktla bağlı araşdırma aparılır./Teleqraf/