EN

"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədov 5 milyona avtomobilləri təmir etdiribmiş

"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədov 5 milyona avtomobilləri təmir etdiribmiş

İşğaldan azad edilmiş ərazilərdə xidmət göstərən avtomobillərin texniki baxışı "Diamond Motors" MMC-yə həvalə edildi. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi tərəfindən parkda olan nəqliyyat vasitələrinin rəsmi servis xidmətlərinin satın alınması ilə bağlı irimiqyaslı tender yekunlaşıb.

AFN.az 32gun.az-a istinadən xəbər verir ki, "Diamond Motors" MMC ilə imzalanmış 5.398.464 AZN dəyərindəki satınalma müqaviləsinə əsasən, qurumun balansında olan 4 ədəd benzin mühərrikli Pajero Sport, 14 ədəd yeni Outlander, həmçinin 5 ədəd mexaniki və 2 ədəd avtomat sürətlər qutusu ilə təchiz edilmiş L-200 markalı avtomobillərin istehsalçı zəmanəti müddətində bütün texniki qulluq işləri həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, iş adamı Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan "Sea Breeze"-də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.

Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.

Chosen
22
afn.az

1Sources