
Cənubi Koreya hakimiyyəti əhali üçün əsas mobil interneti pulsuz edəcək.
Yeniavaz.com xəbər verir ki, qərar əsas yerli operatorlar “SK Telecom”, KT və LG Uplus ilə razılaşdırılıb.
Plana əsasən, müştərinin ödənişli data planı qurtararsa, avtomatik olaraq 400 kbit/s sürətlə limitsiz mobil internetə çıxış təmin ediləcək. Bu sürət axtarış sistemlərindən, mesajlaşma tətbiqlərindən və xəritələrdən istifadə üçün kifayət olmalıdır.