EN

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır?

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Publika.az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu "zəhər" adlandırması və zarafatla "çiyələyin ürəyi tutub" deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb.

Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib:

"Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur".

Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər.

Chosen
34
6
publika.az

10Sources