PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalamağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında anlaşma 2030-cu ilin yayına qədər nəzərdə tutulur.
Bildirilir ki, ispaniyalı mütəxəssis Parisdə qalmaqdan məmnundur. Klub isə onun rahatlığını təmin etmək üçün həm mənzil məsələsində dəstək verir, həm də maaşını artırmağa hazırdır.
Yeni müqavilə ilə Enrikenin Avropanın ən çox qazanan məşqçilərindən birinə çevriləcəyi gözlənilir.