EN

İstanbulda İsrail konsulluğuna hücum edənlərin kimliyi məlum oldu - 200 nəfər saxlanılıb

Türkiyə xüsusi xidmət orqanları İstanbulda İsrail konsulluğuna silahlı hücum təşkil edən şəxslərin şəxsiyyətini müəyyənləşdirib. Hadisənin pərdəarxası məqamları və hücumçuların keçmişi ilə bağlı tükürpədici faktlar üzə çıxıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin araşdırmasına görə, hücumu törədənlər Yunus Emre Şarban, Onur və Enes Çelik qardaşlarıdır. Atışma zamanı Çelik qardaşları yaralı halda ələ keçirilib, Yunus Emre Şarban isə hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdiriraşdırmalar zamanı məlum olub ki, məhv edilən terrorçu Yunus Emre Şarban hələ 2018-ci ildə "İŞİD" (İslam Dövləti) terror qruplaşması ilə əlaqədə və maliyyələşdirmədə ittiham olunub. Həmin vaxt onun avtomobilində aparılan axtarış zamanı terror təşkilatına məxsus təbliğat materialları; hərbi ləvazimatlar; telefonunda İŞİD döyüşçüsü ilə silah alışı və kamikadze kəməri vasitəsilə hücum planına dair yazışmalar aşkar edilmişdi. Buna baxmayaraq, Şarban bəraət almış, ona qarşı yalnız bank əməliyyatlarına müvəqqəti məhdudiyyət qoyulmuşdu.

Konsulluğa hücumdan sonra Türkiyə güc strukturları ölkə boyu genişmiqyaslı təmizləmə əməliyyatlarına başlayıb. Hücumçuların qohumları da daxil olmaqla, cinayətdən xəbərdar olub susmaqda şübhəli bilinən 11 nəfər nəzarətə alınıb. Türkiyənin 34 əyalətində keçirilən xüsusi əməliyyatlar nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb.

Xatırladaq ki, rəsmi Ankara terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
25
musavat.com

1Sources