EN

İslambaddakı danışıqlara gedən azərbaycanlı İranı iqtisadi azadlığa çıxara biləcək?

İranın Mərkəzi Bankının sədri, iqtisadçı və keçmiş prezidentliyə namizəd Əbdülnasir Hemmatinin də İslamabadda keçirilən danışıqlara qatılması diqqət çəkib.

Musavat.com xəbər verir ki, İran nümayəndə heyətində belə yüksək səviyyəli maliyyə fiqurunun yer alması Tehranın əsas gündəliyinin yalnız siyasi deyil, eyni zamanda iqtisadi məsələlər olduğunu göstərir.

Məlumata görə, Hemmati danışıqlarda xüsusilə sanksiyaların yumşaldılması, eləcə də İranın xaricdə dondurulmuş aktivlərinin yenidən açılması məsələlərini müzakirə edəcək. Onun heyətdə yer alması təsadüfi hesab edilmir.

Ekspertlərin fikrincə, bu, İranın mövcud geosiyasi vəziyyətdən istifadə edərək iqtisadi blokadadan çıxmaq və maliyyə resurslarına çıxışı bərpa etmək niyyətini açıq şəkildə ortaya qoyur. Xüsusilə, dondurulmuş milyardlarla dollar vəsaitin azad olunması Tehranın əsas prioritetlərindən biri kimi qiymətləndirilir.

Hemmati kimi iqtisadi yönümlü fiqurun danışıqlarda iştirakı onu deməyə əsas verir ki, İran tərəfi bu görüşlərə yalnız diplomatik deyil, konkret iqtisadi nəticələr əldə etmək məqsədilə qatılıb. Bu isə ehtimal yaradır ki, müəyyən şərtlər və ilkin razılaşmalar danışıqlardan əvvəl qeyri-rəsmi şəkildə müzakirə olunub.

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Hemmati vaxtilə parlamentdə türk fraksiyasının üzvü kimi də fəaliyyət göstərib və İranın maliyyə siyasətində mühüm rol oynayan simalardan biri hesab olunur.

Musavat.com

Chosen
35
musavat.com

1Sources