İspaniya La Liqasının 31-ci turunda "Real Madrid" klubu "Jirona"nı qəbul edib.Metbuat.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. Hesabı 51-ci dəqiqədə Federiko Valverde açıb. 62-ci dəqiqədə isə Toma Lemar bərabərlik qolunu vurub.
31 turdan sonra "Real Madrid" 70 xalla ikinci, "Jirona" isə 38 xalla 12-ci pillədə qərarlaşıb.