PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Manset.az Qol.az-a istinadÉ™n xÉ™bÉ™r verir ki, ispaniyalı mütÉ™xÉ™ssislÉ™ anlaÅŸma 2030-cu ilin yayına qÉ™dÉ™r olacaq.Â
Bildirilib ki, Luis Enrike Parisdə xoşbəxtdir və bu, məşqçisini məmnun saxlamaq istəyən klub üçün vacibdir.
Bunu nəzərə alaraq, PSJ ispaniyalıya mənzil axtarışında fəal şəkildə kömək edir. Enrike hazırda Paris yaxınlığında, Sen-Jermen-an-Layedə yaşayır. Lakin o, Parisə köçməklə gündəlik həyatının daha xoş olacağına inanılır.
Mənzil və ailə məsələlərindən əlavə, əmək haqqının əhəmiyyətli dərəcədə artırılması da müzakirə olunur. Bu, 55 yaşlı mütəxəssisə Avropanın ən çox maaş alan üç məşqçisindən biri olmağa imkan verəcək. Enrike hazırda  ayda 1 milyon avro qazanır.