EN

Tramp vəzifəsindən getməzdən əvvəl Ağ Evin yüksəkvəzifəli şəxslərini əfv edəcəyinə söz verib

Bakı, 11 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp vəzifəsindən ayrılmazdan əvvəl administrasiyasının bütün yüksəkvəzifəli şəxslərini əfv etmək niyyətini bir daha təkrarlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Tramp bununla gələcəkdə onları mümkün təqiblərdən qorumağa çalışacağını bildirib.

O deyib: “Oval Ofisə 200 fut (təxminən 60 metr) yaxın olan hər kəsi bağışlayacağam”.

Nəşrin müəllifləri vurğulayıblar ki, Tramp Ağ Evdən ayrılmaq barədə danışarkən 2029-cu ildə prezidentlik müddətinin başa çatmasını nəzərdə tutur.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
31
3
azertag.az

5Sources