Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, toplantını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şuranın yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.
Tədbirdə gündəlikdəki məsələlər və MOK-un nəzərdə tutduğu layihələrlə bağlı ictimaiyyətə məlumat verilib.