EN

CNN: ABŞ-İran danışıqları həm birbaşa, həm də vasitəçilərlə aparılacaq

BAKI, 11 aprel. TELEQRAF

ABŞ və İran arasında İslamabadda keçiriləcək yüksək səviyyəli danışıqların həm birbaşa, həm də vasitəçilər vasitəsilə aparılması gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisi və regional mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, tərəflər ilkin mərhələdə danışıqların gündəliyini Pakistanın vasitəçiliyi ilə razılaşdıracaq, daha sonra isə birbaşa görüşlərə keçid ediləcək.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında danışıqların aprelin 11-də İslamabadda keçiriləcəyini açıqlamışdı. Pakistan Xarici İşlər Nazirliyi də İran nümayəndə heyətinin ölkəyə gəldiyini təsdiqləyib və konstruktiv dialoqa ümid etdiyini bildirib.

Chosen
28
teleqraf.com

1Sources