Bakı. Trend:
Aprelin 19-dan 27-dək Misirin paytaxtı Qahirə şəhərində gənclərarasında güllə atıcılığı üzrə dünya çempionatı keçiriləcək.
TrendBeynəlxalq Atıcılıq Federasiyasının saytına istinadla xəbər verirki, yarışda dünyanın müxtəlif qitələrini təmsil edən 25-ə yaxınölkədən 255-dən çox idmançının iştirakı gözlənilir. Bu mötəbəridman yarışında Azərbaycan da təmsil olunacaq.