EN

Acqarına qara istiot çeynəməyin faydaları

Qara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur.

Milli.Az xəbər verir ki, səhərlər bir neçə ədəd dənəvər qara istiot çeynəmək mədəni rahatladır və həzm prosesini sürətləndirir. Bu, maddələr mübadiləsini canlandıraraq gün ərzində daha enerjili olmağınıza kömək edir.

İstiotun kəskin dadından çəkinənlər onu əzərək bir çay qaşığı balla qarışdırıb qəbul edə bilərlər.

Qara istiot antibakterial quruluşu sayəsində bağırsaqlardakı zərərli mikroorqanizmlərin azalmasına töhfə verir. O, bədəndəki toksinlərin xaric edilməsini sürətləndirir və bağırsaq florasını qoruyur.

Dənəvər qara istiot çeynəmək ağızdakı bakteriyaları məhv edərək pis ağız qoxusunun qarşısını alır. Eyni zamanda diş əti sağlamlığına da müsbət təsir göstərir.

Xüsusilə keçid fəsillərində xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Ənənəvi tibdə qara istiotun sarıköklə birlikdə istifadəsi tövsiyə olunur, çünki istiot sarıkökdəki kurkuminin sorulmasını 2000% artırır.

Üyüdülmüş qara istiotun su ilə istehlak edilməsi dərinin daxildən təmizlənməsinə kömək edir, sızanaqların yaranma riskini azaldır və dəriyə təbii parlaqlıq verir.

Hər bir faydalı məhsul kimi, qara istiotu da həddindən artıq istehlak etmək olmaz. Xüsusilə mədə yarası (xorası), qastrit və ya reflüks kimi həzm sistemi problemləri olan şəxslər acqarına istiot istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Səhər acqarına 2-3 ədəd dənəvər qara istiotu çeynəyib üzərindən bir stəkan ilıq su içmək kifayətdir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
57
milli.az

1Sources