EN

ABŞ Vitse prezidenti İranla danışıqlar üçün Pakistana getdi –TRAMP XÜSUSİ TƏLİMAT VERİB

ABŞ-ın Vitse-prezidenti Cey Di Vens İranla aprelin 11-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün aprelin 10-u Pakistana yola düşüb.

 

Bu barədə "CBS News"un əməkdaşı Cennifer Ceykobs "X" sosial şəbəkəsində məlumat verib.

 

Onun məlumatına görə, Vens danışıqların nəticələrinə dair ehtiyatlı nikbinlik ifadə edib.

 

"Düşünürəm ki, hər şey müsbət keçəcək", - o qeyd edib.

 

Vensin sözlərinə görə, Vaşinqton Tehranın dürüst yanaşması şərti ilə dialoqa açıqdır.

 

"ABŞ Prezidenti Donald Trampın dediyi kimi, əgər iranlılar danışıqları dürüst aparmağa hazırdırlarsa, şübhəsiz ki, onlara əlimizi uzatmağa hazırıq. Yox əgər bizi aldatmağa cəhd etsələr, o zaman görəcəklər ki, danışıqlar komandası buna çox da reaksiya vermir", - o deyib.

 

Vens əlavə edib ki, ABŞ Prezidenti komandasına danışıqlardakı davranışlarına dair dəqiq göstərişlər verib.

Chosen
33
senzor.az

1Sources