EN

Onlayn ödənişlərlə bağlı narahatedici xəbər yayıldı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlərdə kiber və hibrid təhlükələrlə bağlı xəbərlər cəmiyyətdə narahatlığı artırır. Xüsusilə İrana bağlı qrupların Avropada banklara hücumları haqda iddialar müzakirələri daha da gücləndirib. Bu, Azərbaycanda da vətəndaşlar arasında ehtiyat tədbirlərinə tələbat yaradıb. Hətta bəzi şəxslərin nağd ödənişlərə üstünlük verməsi və pullarını bankdan kənarda saxlamağa çalışdığı müşahidə olunur.

Azərbaycan üçün hər hansı təhlükə varmı? Dünyada onlayn ödəniş sistemlərində nasazlıq yarana bilərmi? Pulları nağd saxlamaq daha yaxşıdır?

Globalinfo.az-a danışan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyib ki, bu tip xəbərlər cəmiyyətdə təbii olaraq narahatlıq yaradır:

“Lakin məsələyə texniki və soyuqqanlı yanaşmaq vacibdir. Hazırda Avropada müşahidə olunan bu kimi halların əsasında bank sektoruna yönəlmiş hibrid təhdidlər dayanır. Söhbət dezinformasiya, psixoloji təsir və kritik infrastruktura qarşı yönəlmiş koordinasiyalı kampaniyalardan gedir. Bu məlumatların yayılmasında əsas məqsəd yalnız fiziki təhlükə yaratmaq deyil, eyni zamanda ictimai panika formalaşdırmaqdır.

Belə hücumların əsas hədəfi insanların banklara və rəqəmsal ödəniş sistemlərinə olan etimadını sarsıtmaqdır. Azərbaycan üzrə hazırda birbaşa təsdiqlənmiş konkret kibertəhlükə siqnalı elan edilməyib. Amma ölkə qlobal maliyyə şəbəkəsinin bir hissəsidir və beynəlxalq ödəniş sistemlərində baş verən regional nasazlıqlardan dolayısı ilə təsirlənə bilər”.

Əmrah Mövsümzadə

Ekspert bildirib ki, vəsaitlərin saxlanılması prosesində balanslı yanaşmanın tətbiqi daha məqsədəuyğundur:

“Belə ki, gündəlik xərclər üçün müəyyən məbləğin nağd saxlanılması praktik baxımdan faydalıdır. Lakin bütün vəsaitin nağd formada saxlanılması risklidir. Bu halda oğurluq, itmə və inflyasiya səbəbindən dəyər itirmə ehtimalı artır. Banklarda saxlanılan vəsaitlər isə daha təhlükəsiz mühafizə olunur və əksər hallarda dövlət onu sığortalayır”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
globalinfo.az

1Sources