EN

"Hyundai" 300 minə yaxın avtomobili geri çağırır

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" təhlükəsizlik kəmərlərində yaşana biləcək qüsura görə ABŞ-də 294 mindən çox maşınını geri çağırır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Departamenti nəzdində fəaliyyət göstərən Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Kampaniya "Hyundai Ioniq 6", "Genesis G90", eləcə də daxiliyanma mühərrikli və hibrid variantda olan "Hyundai Santa Fe" modellərini əhatə edir.

Məlumata görə, dilerlər yoxlama aparacaq və lazım gəldikdə təhlükəsizlik kəmərlərində bərkitmə avadanlıqlarını dəyişəcəklər.

Chosen
43
moderator.az

1Sources