EN

İspaniyanın Baş naziri Livanda "yeni Qəzza"nın yaranmasının qarşısını almağa çağırdı

"Qəzza zolağında baş verənlərin Livanda təkrarlanmasının qarşısını almalıyıq".

 

“Teleqraf” xəbər verir ki, belə bir çağırışla İspaniyanın Baş naziri Pedro Sançes çıxış edib.

 

"Bir çox ölkə bizdən ikili standartlardan çəkinməyimizi istəyir. Livanda daha bir Qəzza olaylarının təkrarlanmasına icazə verməyəcəyik. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hallarına qarşı addım atmalıyıq", - deyə Baş nazir vurğulayıb.

 

O həmçinin hesab edir ki, Avropa Birliyi İsrail ilə assosiasiya müqaviləsini dayandırmalıdır.

Chosen
8
2
senzor.az

3Sources