ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu il payızlıq taxıl əkin sahəsi ümumilikdə 948229,6 ha təşkil edir. Bunun 457867,2 ha-ı buğda, 490362,4 ha-ı isə arpa sahələridir.Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, havaların qeyri-sabit keçməsi səbəbindən məhsuldarlıq üzrə dəqiq proqnoz vermək mümkün deyil. Hazırda yazlıq taxıl əkinlərinin davam etdiyi qeyd edilib.Günay Şahmar, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.