EN

“Qarabağ” Şamaxı səfərində, “Zirə” “Sabah”a qarşı

Azərbaycan  Premyer Liqasında 27-ci tur davam edir. 

Msport.az xəbər verir ki, bu gün 3 görüş keçiriləcək.

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb – 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb – 0:0.

Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. Cari mövsüm bu komandaların matçlarında Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qələbə qazanıb – 3:0 və 3:1.

Günün son matçında “Neftçi” “Araz-Naxçıvan”la qarşılaşacaq.  Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb – 4:0.

Azərbaycan Premyer Liqası 

27-ci tur

11 aprel (şənbə)

15:30. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə” 
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan” 
“Palms Sports Arena”

12 aprel (bazar)

15:30. “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz” – 4:1

Chosen
6
10
msport.az

10Sources