EN

İran Pakistana 71 nəfərlə gedib

İranın İslamabaddakı nümayəndə heyəti danışıq aparanlar, ekspertlər, media nümayəndələri və təhlükəsizlik işçiləri daxil olmaqla, ümumilikdə 71 nəfərdən ibarətdir.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə İran parlamentinin spikeri Məhəmməd Baqür Qalibaf rəhbərlik edir. Heyətdə həmçinin ölkənin xarici işlər naziri Abbas Əraqçi də təmsil olunur.

Qeyd edilir ki, İran və ABŞ arasında aparılan danışıqların mürəkkəbliyi və yüksək həssaslığı nəzərə alınaraq, nümayəndə heyətinə yalnız əsas danışıqlar aparan şəxslər deyil, eyni zamanda, texniki mütəxəssislər və ekspert qrupları da daxil edilib.

Məlumata görə, Donald Tramp administrasiyasının tam açıqlanmayan 15 maddəlik təklifinə İranın nüvə silahı ilə bağlı öhdəliyi, yüksək səviyyədə zənginləşdirilmiş uranın təhvil verilməsi, Tehranın müdafiə imkanlarının məhdudlaşdırılması və Hörmüz boğazının yenidən açılması kimi məsələlər daxildir.

ABŞ nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner rəhbərlik edəcək.

Chosen
2
2
redaktor.az

3Sources