EN

Hörmüzdən keçid rüsumları rialla ödəniləcək

“Hörmüz boğazından keçid rüsumları rialla ödəniləcək”.

KONKRET.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi İran dövlət televiziyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, parlament tərəfindən hazırlanan qanun layihəsində təhlükəsiz keçid üçün rüsumların tətbiqi nəzərdə tutulur.

Əzizinin sözlərinə görə, qanun layihəsi təsdiqləndikdən sonra Hörmüz boğazı tam şəkildə Silahlı Qüvvələrin nəzarətinə veriləcək:

“Bu çərçivədə Omanla əməkdaşlıq müqaviləsinin imzalanması da mümkün hesab olunur”.

 

Chosen
1
2
konkret.az

3Sources