EN

Vasif Məhərrəmli estetikli xanımlara ad qoydu - Ağ qorillalar

Əməkdar artist Vasif Məhərrəmli estetik əməliyyatlar etdirən qadınlar haqqında danışıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı bu cür əməliyyatlara görə biri-birinə bənzəyən qadınları "ağ qorillalar" adlandırıb:

“İndi bir tendensiya başlayıb, yanaqlar yarım metr şişir. Üz qəmzələri yarım metr içəri batır.

Bir dəfə məclisdə idim. Yan masada bir neçə xanım əyləşmişdi. Hamısı biri-birinə bənzəyirdi. Azərbaycan xanımları ağbənizdir deyə, onlara "ağ qorilla" deyirəm. Plastik əməliyyatların əleyhinə deyiləm. İnsanlar özlərində nəyisə bəyənmirsə, dəyişə bilərlər.

Komplekslərindən qurtulmaq üçün bu cür əməliyyat etdirənlərə pis baxmıram. Amma özlərini əcaib formaya salanları bəyənmirəm. Sibel Can kimi xanım arıqlayır, kökəlir, üzüdə nələrsə edir, ancaq dodaqlarına heç nə etmir. Yaxşı görünməyin tərəfdarıyam”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
28
2
yenisabah.az

10Sources