EN

Türkiyə serialında Azərbaycan musiqisi gündəm oldu - VİDEO

TRT-nin “Tabii” platformasında yayımlanan və üçüncü mövsümü ilə tamaşaçı qarşısına çıxan "Gassal" serialı bu dəfə yalnız süjeti ilə deyil, musiqi seçimi ilə də geniş müzakirələrə səbəb olub.

Musavat.com bildirir ki, xüsusilə yeni mövsümdə səslənən mahnılar arasında Azərbaycan musiqisinin yer alması diqqətdən yayınmayıb. Serialda səsləndirilən Azərbaycanlı müğənni Elçin Hüseynovun “Evlənmirəm” mahnısı isə sosial mediada böyük rezonans doğurub.

Xatırladaq ki, serialın üçüncü mövsümü 10 aprel tarixində yayımlanmağa başlayıb və ümumilikdə layihə artıq 30 seriyaya çatıb. Hər mövsüm fərqli musiqi üslubu ilə seçilən bu ekran işi, bu dəfə də tamaşaçıya yeni bir musiqi nəfəsi təqdim edib.
İlk mövsümdə arabesk janrında çıxış edən Şahin Kendirci, ikinci mövsümdə isə pop üslubunda Bayhan Gürhan tamaşaçı qarşısına çıxmışdı.

Üçüncü mövsümdə isə türk xalq musiqisinin tanınmış simalarından olan Kubat layihəyə cəlb olunub.

Onun tərəfindən ifa olunan və serialda səslənən mahnılar bunlardır:

“Değme Felek”
“Yüce Dağ Başında”
“Babuba”
“Ayletme Beni”
“Kiraz Dalı”
“Yekte”
“Mevlem Birçok Dert Vermiş”
“Gönlüm Ataşlara Yandı”
“Evlənmirəm”.

Xalidə,
Musavat.com

Chosen
40
musavat.com

1Sources