EN

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 11 aprel, AZƏRTAC

Aprelin 12-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) verilən sifariş əsasında 110/10 kV-luq “Koroğlu” yarımstansiyası təmirə saxlanılacaq.

RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar olaraq, yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə Naxçıvan şəhərinin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, həmçinin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Müxbir - Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
16
azertag.az

10Sources