EN

Diplomatiyada geyim mesajı: Pakistan marşalı Vensi mülki libasda qarşıladı

Pakistanın feldmarşalı Asim Munir ABŞ-ın vitse-prezidenti Cey Di Vensi İslamabad hava limanında qarşılayıb. Bu görüş zamanı diqqətçəkən əsas məqam feldmarşalın geyim seçimi olub. Belə ki, Munir yüksək rütbəli qonağı qarşılamağa hərbi forma deyil, mülki kostyumda gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu nüans diplomatik dairələrdə xüsusi maraqla qarşılanıb. Çünki pakistanlı feldmarşal bundan əvvəl ölkəyə gələn İran nümayəndə heyətini məhz hərbi formada salamlamışdı. Munirin protokoldakı bu fərqli yanaşması, ABŞ və İranla münasibətlərdə Pakistanın nümayiş etdirdiyi incə diplomatik mesaj kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Chosen
31
nocomment.az

1Sources