EN

Turizm Dubaydan uzaqlaşır: Yeni istiqamətlər Asiya və Türkiyədir

Yaxın Şərqdə davam edən gərginlik fonunda regionun əsas turizm mərkəzlərindən biri olan Dubay turist axınında azalma riski ilə üzləşib.

Day.Az-ın araşdırmasından məlum olub ki, artan təhlükəsizlik narahatlıqları və geosiyasi qeyri-müəyyənlik beynəlxalq turizm tələbinə birbaşa təsir edib.

Statistikalar göstərir ki, son illərdə rekord sayda turist qəbul edən Dubayda vəziyyət sürətlə dəyişir.

Mövcud şərait davam edərsə, şəhərin turizm gəlirlərində ciddi azalma ehtimalı var. Bu geriləmə yalnız turizmlə məhdudlaşmayıb, daşınmaz əmlak satışlarında da təxminən 30 faizlik azalma müşahidə olunur.

Turistlər alternativ istiqamətlərə yönəlməyə başlayıb. Xüsusilə Asiya ölkələri - Yaponiya, Cənubi Koreya, Malayziya və İndoneziya daha çox üstünlük qazanır. Bununla yanaşı, Türkiyə də turistlər üçün əsas alternativlərdən birinə çevrilib.

Nəsimi Ələsgərli 

Chosen
59
day.az

1Sources