EN

Şahbaz Şərif ABŞ ilə danışıqlar üçün Pakistana gedən İran nümayəndə heyətini qəbul edəcək

Pakistan Baş naziri Şahbaz Şərif bu gün ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gedən İran nümayəndə heyətini qəbul edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı İran mətbuatına istinadən məlumat yayıb .

Danışıqların günün ikinci yarısında başlanması gözlənilir.

Qeyd edək ki, martın 11-nə keçən gecə İran nümayəndə heyəti İslamabada gedib. Heyətə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

ABŞ nümayəndə heyəti bu gün səhər saatlarında Pakistana çatıb, heyətə vitse-prezident Cey Di Vens rəhbərlk edir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Chosen
30
2
moderator.az

5Sources