EN

Türkiyənin 14 əyalətində güclü yağış və qarla bağlı xəbərdarlıq edilib

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 11 aprel, AZƏRTAC

Şərqi Anadoluda güclü yağış və qar ehtimalı səbəbindən 14 vilayətdə sarı xəbərdarlıq elan edilib.

AZƏRTAC Türkiyə Meteorologiya Baş İdarəsinə istinadən xəbər verir ki, Anadolunun bir sıra bölgəsində əsasən ildırım ilə leysan şəklində yağıntı gözlənilir.

Ölkə ərazisində havanın temperaturunun normadan aşağı olacağı proqnozlaşdırılır.

Bingöl, Bitlis, Diyarbəkir, Ərzincan, Ərzurum, Hatay, Muş, Siirt, Van, Bayburt, Batman, Şırnak, Ərdahan və Osmaniyə vilayətlərində intensiv yağıntı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Şərqi Anadolunun bəzi ərazilərində qar uçqunları və qar əriməsi riski qalmaqdadır.

Hakimiyyət orqanları yol-nəqliyyat hadisələri riskinin yüksək olması səbəbindən vətəndaşları mümkün olduqda şəxsi nəqliyyat vasitələrində yola çıxmaqdan çəkinməyə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
azertag.az

3Sources