Bir neçə gün əvvəl 80 yaşında vəfat edən Mirça Luçeskunun adı əbədiləşdiriləcək.
"Football-plus.az" xəbər verir ki, Buxarest “Dinamo”sunun yeni stadionuna onun adı veriləcək. “Mediafax” nəşrinin məlumatına görə, köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.
Xatırladaq ki, Luçesku futbolçu kimi karyerasının 12 ilini “Dinamo”da keçirib, 1985-90-cı illərdə paytaxt klubunun baş məşqçisi olub.