EN

Qubada daha bir TORPAQ SÜRÜŞMƏSİ

AzVision.az APA-ya istinadla xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.

Evlərin divarlarında çatlar yaranıb, bəzi dam örtükləri yararsız vəziyyətə düşüb.

Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış sahələrinə doğru hərəkət etdiyi bildirilir. Kənd ərazisində geniş sürüşmələr müşahidə olunur və proses hazırda da aktiv davam edir.

Sürüşmə nəticəsində Aydınkəndə gedən yol bir neçə gün nəqliyyat üçün bağlı qalıb, bu isə sakinlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Sakinlər bildirirlər ki, kəndin təhlükəli ərazidə yerləşməsi onların həyatını risk altına alır. Qeyd olunur ki, Aydınkənd kəndinin ərazisi ümumilikdə sürüşməyə meyilli zonalardandır.

Hazırda kəndə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub, fəsadların aradan qaldırılması və yolun bərpası istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Qubanın Qoanqkənd və Qəçrəş kəndlərində də torpaq sürüşmələri olub.

AzVision.az



Chosen
16
15
azvision.az

10Sources