EN

Starmer İran müharibəsinin qızğın çağında məzuniyyətə çıxıb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniyanın Baş Naziri Keir Starmer bu həftə İspaniyada istirahətdə olub, elə vaxtda ki, İran müharibəsi təhlükəli eskalasiya həddinə yaxınlaşmışdı.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" məlumat verib.

Məqaləyə görə, hökumət başçısı 7 aprel axşamı adi kommersiya reysi ilə Birləşmiş Krallığa qayıdıb və ertəsi gün ABŞ-ın iki həftəlik atəşkəs rejimini elan etməsindən sonra Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

"The Daily Express" isə vurğulayır ki, milyonlarla britaniyalının həyat xərclərinin artmasına səbəb olmuş müharibənin qızğın çağında Starmerin İspaniya çimərliyində olması 2021-ci il hadisələrini xatırladır. O vaxt Əfqanıstanda Talibanın Kabilə gəlişi zamanı Baş Nazir Boris Conson və Xarici İşlər Naziri Dominik Raab istirahətdə idi. Raab vəzifəsindən olmuş, sərt tənqidlərin isə başında Starmer, o vaxtın müxalifət Leybo­rist Partiyasının lideri durmuşdu.

“Beynəlxalq cavab tədbirlərini çimərlikdən koordinasiya etmək mümkün deyil. Mən Kabilin süqutu zamanı istirahətdə olmazdım”, - deyə Starmer o zaman bildirmişdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources