Şimali Koreya lideri Kim Çen-In ölkəsinə səfər edən Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib.
Kim görüş zamanı beynəlxalq vəziyyətə diqqət çəkərək, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin ortaq maraqlar baxımından vacib olduğunu vurğulayıb.
O, Şimali Koreyanın regional və beynəlxalq məsələlərdə mövqeyini ifadə edərək bildirib: “Şimali Koreya, Çinin ‘vahid Çin’ prinsipi əsasında ərazi bütövlüyünü təmin etməyə yönəlmiş bütün daxili və xarici siyasətini tam şəkildə dəstəkləyəcək.”
Kim həmçinin Si Cinpin rəhbərliyi altında Çinin sosialist modernləşmə və milli rifah istiqamətindəki səylərinə uğurlar arzulayıb.
Van İ isə Çin hökumətinin liderlər səviyyəsində əldə olunan razılaşmalar əsasında Şimali Koreya ilə münasibətləri daha da inkişaf etdirməkdə qətiyyətli olduğunu bildirib.
Görüşdən sonra Pxenyan rəhbərliyi Van İnin rəsmi səfərini başa vuraraq ölkədən ayrıldığını açıqlayıb.