EN

Çindən İrana hərbi tədarük iddiası

CNN üç mənbəyə istinadən xəbər verir ki, Çin yaxın həftələrdə İrana daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS) də daxil olmaqla yeni HHM sistemləri göndərməyi planlaşdırır.

Doğru.az xəbər verir ki, telekanalın məlumatına görə, bu tip sistemlər aşağı hündürlükdə uçan ABŞ hərbi təyyarələri üçün ciddi təhlükə yarada bilər.

İki mənbənin bildirdiyinə əsasən, kəşfiyyat məlumatları tədarükün əsl mənşəyini gizlətmək üçün yükün üçüncü ölkələr vasitəsilə daşınmasının nəzərdən keçirildiyini göstərir.

CNN qeyd edir ki, Pekinin İranla ABŞ arasında kövrək atəşkəsin formalaşmasına yardım etdiyi iddiaları fonunda bu addım “təxribat xarakterli” ola bilər.

Çinin Vaşinqtondakı səfirliyi isə səsləndirilən iddiaları rədd edərək məlumatları “əsassız” adlandırıb və tərəfləri sensasiya və ittihamlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl AP jurnalisti Fərnuş Əmiri ABŞ–İran arasında atəşkəsin ABŞ vitse-prezidenti J.D. Vensin və Çin vasitəçilərinin iştirakı ilə əldə edildiyini iddia etmişdi.

DOĞRU.AZ

Chosen
18
1
dogru.az

2Sources