EN

Bastoni “Barselona”nın təklifini rədd etdi

BAKI, 11 aprel. TELEQRAF

İtaliyanın “İnter” klubunun futbolçusu Alessandro Bastoni İspaniya təmsilçisi “Barselona”nın təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri yaxın günlərdə futbolçu ilə əlaqə saxlasalar da, 27 yaşlı müdafiəçi bu təklifi geri çevirib. Bastoni karyerasını “İnter”də davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir.

Chosen
21
1
teleqraf.com

2Sources