EN

“Uzak Şehir”in Alyası ilə bağlı QƏRAR VERİLDİ

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan son əməliyyat zamanı ümumilikdə 14 nəfər saxlanılıb.

NOCOMMENT.az-ın məlumatına görə, saxlanılanlar arasında adı son dövrlərdə populyarlıq qazanan aktrisa da olub.

Belə ki, Türkiyədə qadağan olunmuş maddələrlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində məşhur aktrisa Sinem Ünsal da saxlanılıb.

Məlumata görə, çəkiliş üçün Mardin şəhərində olan Ünsal ifadə vermək məqsədilə təcili olaraq İstanbula gəlib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Lakin aktrisa barəsində xaricə çıxışa qadağa tətbiq olunub.

Qeyd edək ki, Ünsal son olaraq Uzak Şehir serialında canlandırdığı Alya obrazı ilə diqqət mərkəzində idi.

Aktrisa məsələyə münasibət bildirərək bildirib ki, adının belə bir istintaqda hallanması onu ciddi şəkildə narahat edir:

“Adımın belə bir məsələ ilə əlaqələndirilməsi məni çox üzür. Amma həqiqətin ortaya çıxacağına inanıram.”

İstintaqın davam etdiyi və əməliyyatların növbəti mərhələlərinin də istisna olunmadığı bildirilir.

Turan
NOCOMMENT.az

Chosen
29
nocomment.az

1Sources