EN

Millimiz Gürcüstana qarşı

Bu gün futzal üzrə millimiz Gürcüstan yığması ilə ikinci yoldaşlıq görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda yenidən Tbilisidə meydanda olacaq. Qarşılaşma İdman Sarayında saat 14.00-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasında aprelin 9-da keçirilən ilk oyunda ev sahibi Gürcüstan 4:2 hesabı ilə qalib gəlmişdi.

Millimiz daha sonra aprelin 13 və 15-də Qazaxıstanın Aktau şəhərində iki yoldaşlıq görüşünə çıxacaq.

Chosen
20
football-plus.az

1Sources