EN

İran nümayəndə heyəti Pakistanın baş naziri ilə görüşüb

Bakı. Trend:

İran parlamenti sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyinümayəndə heyəti İslamabadda Pakistan baş naziri Şahbaz Şərifləgörüşüb.

Bu barədə Trendİran mediasına istinadən məlumat verib.

Məlumata görə, görüş bağlı qapılar arxasında keçirilib.

Görüşlə əlaqədar əlavə məlumat yayılmayıb.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davamedib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflərarasında iki həftəlik atəşkəs elan olunub.

ABŞ və İran arasında müzakirələrin yaxın saatlarda İslamabaddabaş tutacağı gözlənilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Chosen
19
1
az.trend.az

10Sources