EN

Əməkdar artistdən şok sözlər: “3 rəng geyinənlər anormaldır”


“Bir insanın əynində 3 rəngdən artıq rəng varsa, demək ki, həmin adam anormaldır, bu, onun zövqsüzlüyündən xəbər verir”.

Musavat.com-un məlumatına görə, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Öz aramızda” verilişində səsləndirib.

Sənətçi çıxışı zamanı fikirlərini daha da əsaslandırmağa çalışaraq bildirib ki, geyimdə rəng seçimi insanın estetik dünyagörüşünün birbaşa göstəricisidir:

“Ola bilər ki, sabah hansısa çox məşhur brendlər rəngarəng paltarlar istehsal etsinlər. Amma bu o demək deyil ki, bu, doğrudur. Təməl prinsip belədir. Bunu mən demirəm, bu, mütəxəssislərin fikridir”.

Qeyd edək ki, Vasif Məhərrəmli daha əvvəl də estetik əməliyyatlar etdirən qadınlarla bağlı səsləndirdiyi sərt və birmənalı qarşılanmayan fikirlərlə gündəmə gəlmişdi.

Xalidə,
Musavat.com

Chosen
19
musavat.com

1Sources