EN

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? - Masazırdakı cinayətin təfərrüatı

Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.

Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs xanımlardan birinin sevgilisi olub.

Belə ki,  1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.

Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib.

P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirdiyini görüb.

Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.

*** 

Bu gün Masazırda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, ölən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Chosen
27
unikal.az

1Sources