EN

İki ölkə ultra yüksək dəqiqlikli peyki orbitə buraxır

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya və Belarusun Yer səthinin ultra-yüksək dəqiqliklə məsafədən zondlanması üçün nəzərdə tutulan birgə kosmik aparatının 2028-ci ilin noyabr ayında orbitə çıxarılması planlaşdırılır.

Ölkə.Az xəbər verir ki, bu barədə Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Karanik birinci Rusiya Kosmik Forumu zamanı TASS agentliyinə verdiyi müsahibədə məlumat verib.

O, birgə səylərlə belə bir mürəkkəb aparatın yaradılması tapşırığının kifayət qədər ambisiyalı olduğunu və bəzi tərəflərdə şübhə doğurduğunu qeyd etsə də, hazırda işlərin tam qrafikə uyğun getdiyini və layihənin uğurla tamamlanacağına dair tam əminlik olduğunu vurğulayıb.

Qeyd edək ki, bu əməkdaşlığın təməli 2020-ci ildə "Roskosmos" və Belarus Milli Elmlər Akademiyası arasında imzalanmış sazişlə qoyulmuşdur. 2022-ci ilin aprelində "Vostoçnı" kosmodromunda baş tutan ali səviyyəli görüşdə isə tərəflər yüksək detallı müşahidə peyklərindən ibarət orbital qrupun yaradılması, Belarus şirkətlərinin kosmodromdakı tikinti işlərinə cəlb edilməsi və Belarus nümayəndəsinin Rusiya heyəti tərkibində Beynəlxalq Kosmik Stansiyaya uçuşu kimi strateji məsələlərdə tam razılığa gəlmişdilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
2
olke.az

3Sources