EN

Bastoni “Barselona”nın təklifini rədd etdi

İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni İspaniya nəhəngi "Barselona"nın transfer təklifini qəti şəkildə geri çevirib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı istedadlı futbolçu yaxın gələcək karyerasını başqa klubda davam etdirmək fikrindən uzaqdır.

Kataloniya təmsilçisinin rəsmiləri italyan oyunçunun yaxın çevrəsi ilə əlaqə yaratsalar da, proses hər hansı ciddi danışıqlar mərhələsinə keçməyib. Futbolçu öz qərarında qətiyyətlidir və Milan klubunun rəngləri altında çıxışını davam etdirməyi hədəfləyir.

"İnter" rəhbərliyi də öz növbəsində Bastonini komandanın müdafiə xəttinin ən önəmli və əvəzolunmaz fiqurlarından biri hesab edir.

Xatırladaq ki, ötən həftə yayılan məlumatlarda "İnter"in Bastoni üçün "Barselona" tərəfindən irəli sürülən 45 milyon avroluq ilkin təklifdən imtina etdiyi və bu transfer üçün minimum 60 milyon avro istədiyi vurğulanmışdı.

"Cebheinfo.az"

Chosen
10
4
cebheinfo.az

5Sources