EN

Evlənənlərdən psixoloji test də götürülsün Ekspert

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda nikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayının artırılması ilə bağlı müzakirələr aktuallaşıb. Xüsusilə narkoloji arayışın əlavə edilməsi təşəbbüsü cəmiyyət tərəfindən müxtəlif yanaşmalarla qarşılanır. Bu cür dəyişikliklərin nə dərəcədə əsaslı və ailə institutunun qorunmasına, eləcə də boşanma hallarının azalmasına real təsir göstərə biləcəyi müzakirə mövzusudur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, əgər bu müayinələr dövlət tərəfindən qarşılansa, bu, həm sosial baxımdan daha ədalətli olar, həm də daha çox insanın bu prosesdən faydalanmasına şərait yaradar. "Bu müayinələrə mütləq şəkildə psixoloji testlərin də əlavə olunması vacib hesab olunur. Çünki bu gün ailələrin dağılmasının əsas səbəblərindən biri tərəflərin ailə həyatına psixoloji baxımdan hazır olmamasıdır. İnsanlar çox vaxt emosional qərar verərək evlənir, lakin sonradan məsuliyyətlər, gözləntilər və gündəlik həyatın reallıqları ilə üzləşdikdə çətinlik yaşayırlar. Eyni zamanda, kompromisə getməyi bacarmamaq, qarşı tərəfi anlamaqda çətinlik çəkmək və ünsiyyət problemləri də ailədaxili münaqişələrin əsas səbəblərindəndir".Sosioloq bildirib ki, bu baxımdan, psixoloji testlər vasitəsilə tərəflərin xarakter xüsusiyyətləri, stressə davamlılığı, ünsiyyət bacarıqları və ailə həyatına yanaşmaları əvvəlcədən müəyyən edilə bilər."Əgər tərəflərin psixoloji vəziyyəti əvvəlcədən qiymətləndirilsə və nəticələr hər iki tərəfə təqdim olunsa, onlar gələcəkdə qarşılaşa biləcəkləri çətinlikləri daha aydın görə, bir-birlərini daha yaxşı tanıya və daha düşünülmüş qərar verə bilərlər. Bu səbəbdən də psixoloji testlərin tətbiqi yalnız tövsiyə deyil, zəruri addım kimi qiymətləndirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
demokrat.az

2Sources