EN

Goranboyda "VAZ" aşdı 

Goranboyda minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı obyektə çırpılaraq aşıb.

Qəza zamanı sürücü 2004-cü il təvəllüdü Səbuhi Alıyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
9
7
unikal.az

10Sources