EN

Qadınların nəzərinə: Bu vərdişlər hormonlarınızı məhv edir

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Müasir həyatın yaratdığı stress, yuxu çatışmazlığı və nizamsız qidalanma vərdişlərinin qadınlarda hormonal balansa mənfi təsir göstərir".

Ölkə.Az xəbər verir ki, bu sözləri türkiyəli mama-ginekoloq Ebru Sinem Torlak deyib. O bildirib ki, bunlar həm də menstrual tsikldə pozuntulara səbəb olur:

“Menstrual nizamın pozulması, aşağı enerji səviyyəsi, çəki idarə etməkdə çətinlik və əhval-ruhiyyənin dəyişməsi hormonal balansın pozulmasını göstərə bilər. Məşğul həyat tərzi, yuxusuzluq, balanssız qidalanma və müəyyən sağlamlıq problemləri bu prosesi tetikleyebilir. Stress bədəndəki kortizol hormonunu artırır. Qısamüddətli kortizol artımları ciddi problemlərə səbəb olmaya bilər. Lakin, xroniki stress hallarında kortizol səviyyəsinin artması ovulyasiya dövrünü boğur və menstrual pozuntulara səbəb olur. Bu, hamiləlik planlaşdıran qadınlar üçün prosesi daha da çətinləşə bilər”.

Torlak qadınların hormon balansının xarici amillərdən asanlıqla təsirləndiyinə diqqət çəkib. Onun sözlərinə görə, nizamsız və keyfiyyətsiz yuxu gərgin iş qrafiki, həddindən artıq şəkər və kofein istehlakı, siqaret çəkmə və spirtli içkilərin istifadəsi və ətraf mühit kimyəvi maddələrinə məruz qalma ən çox yayılmış amillər arasındadır.

E.Torlak bəzi hallarda müalicəyə ehtiyac olmadığını söyləyib:

“Gündəlik həyatda hətta kiçik düzəlişlər belə bir çox qadının menstrual dövrünün təbii ritminə qayıtmasına kömək edə bilər. Gecə yuxusu hormonlar və bədənin özünü yeniləməsi üçün kritik bir dövrdür.

Müntəzəm yuxu, balanslı qidalanma, gündəlik məşq, stress idarəetmə üsulları və illik müayinələr hormonal sağlamlığın qorunmasında əsas addımlardır. Bədəninizin verdiyi incə siqnalları tanımaq və dərhal həll etmək bir çox problemin qarşısını ala bilər. Hər hansı bir dəyişikliyi hiss edən kimi dərhal peşəkar kömək axtarmaq ən təhlükəsiz yanaşmadır”.

Billurə Yunus

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
olke.az

2Sources