Bu sözləri Xalq artisti Eldar Mansurov "Daha aydın" yutub layihəsində deyib.
Bəstəkar süni zəka ilə düzəldilən mahnılardan danışıb. O bildirib ki, süni zəkaya dövlət səviyyəsində qadağa qoyulmalıdır:
"Bəzi adamlar deyir ki, daha mahnı yazmayacağam. Süni zəka qəşəng yazır, aranjeman da edir. Onu gülmək üçün bir dənə edə bilərsən. Bunu sənət kimi etmək omaz. İmkanım çatsaydı, dövlət səviyyəsində bunu qadağan edərdim. Qulaq asan kimi bilirik nədir". (Axşam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31